AAAF Parkın Moldovada möhtəşəm layihəsi

AAAF Park Yaşayış Kompleksi Xırdalan və Astaradan sonra daha bir möhtəşəm layihəsini ölkə xaricində – Moldovada həyata keçirib. Paytaxt Kişinyovdan 30 km aralıda, İvança qəsəbəsində inşa edilən məkan unikallılığı ilə seçilir.

AAAF Park Moldovada ailəvi istirahət, uşaq və gənclər üçün əyləncə mərkəzləri, hotel, spa, hovuz kompleksi, “Zirvə” Beynəlxalq İdman Klubunun təlim-məşq bazası və idman zalı fəaliyyət göstərir.

Sentyabrın əvvəllərində AAAF Park İdman və Əyləncə Kompleksində ağır atletika üzrə 10-cu “Zirvə kuboku” da keçirilib. Bundan əlavə idman zalının da açılışı olub. Mərasimdə Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova Gənclər və İdman Nazirinin müavini Pavel Yanets, Orqeyev rayonunun sədri Tudor Qolub, İvança qəsəbəsinin meri Oleq Qaşper, həmçinin Azərbaycanın Moldovadakı səfirliyinin 1-ci katibi Leyla Orucova və digər mötəbər qonaqlar iştirak ediblər.

SHARE