AAAF Parkın istilik sistemi yenilənir

AAAF Parkda qışa hazırlıq prosesinin davamı olaraq istilik sistemlərində təmir-bərpa və yeniləmə işlərinə start verilib. Hazırda 1 saylı küçənin qazanxanasında görülən işlər çərçivəsində, ilk olaraq, köhnə borular daha böyük yeni borularla əvəz olunur. Bu da, mənzillərdə istiliyin yüksək olmasına şərait yaradır. Bundan əlavə, növbəti günlərdə qazanxanalara yeni istilik qazanları yerləşdirilməsinə başlanacaq.

Zahid Quliyev kompleks üzrə bütün qazanxanalarda təmir bərpa işlərinin görüləcəyini bildirərək, bu prosesin noyabrın 15-nə qədər davam edəcəyini vurğulayıb, bu tarixdən etibarən mənzillərin istiliklə təmin olunacağını qeyd edib.

SHARE