“AAAF Park”ın əvəzolunmaz restoranları

“AAAF Park” Yaşayış Kompleksi bütün ziyarətçilərini asudə vaxtlarını daha gözəl keçirmələri üçün məhz bu kompleksdə yerləşən restoranlara dəvət edir. “Zirvə”, “Sports Café”, “Limu Forest”, “Limu Food” , “Zirvə Fitness Club” un tərkibində fəaliyyət göstərən restoran müştərilərin daima xidmətindədir.

“Zirvə” restoranı xüsusilə cənub regionunun yeməkləri-təndirdə hazırlanan balıq və toyuq ləvəngiləri, eləcə də Avropa və milli mətbəxin ləziz yeməkləri ilə məşhurdur. Burada istənilən milli yemək əvvəlcədən sifariş etməklə hazırlanır. 35 və 60 nəfərlik zal müştərilərin xidmətindədir. “Zirvə” restoranı ailəvi istirahət və kiçik ziyafətlər üçün də əlverişlidir.

Açıq və qapalı məkana malik olan “Sports Café” şou proqramlar, nişan və başqa şənliklərin təşkili üçün mükəmməl bir yerdir. Bura ailəvi kafe olub, 60 nəfərlik banket və 400 nəfərlik açıq havada ziyafətlərin təşkili üçün nəzərdə tutulmuşdur. “Sports Cafe” – müştərilərinə milli və Avropa mətbəxinin ləziz yeməklərini, bol çeşidli kabab, dönər, lahmacun və pitsalar, uşaq yeməkləri, zəngin kokteyl seçimi və digər sərinləşdirici içkilər təklif edir.
Nağıllar aləmini xatırladan “Limu Forest” sanki təbiətin qoynunda bir istirahət mərkəzidir. Bir-birindən gözəl dada malik olan yeməkləri ilə müştərilərinin zövqünü oxşayan bu məkan insanı stressdən uzaqlaşdırır.
“Limu Food” restoranı öz abu-havası ilə dəniz ahəngini ayağınıza gətirir. Akvarium masaları, maraqlı dizaynı xüsusi diqqəb cəlb edir.

“Zirvə Fitness Club” un tərkibində fəaliyyət göstərən restoran açıq büfet xidməti ilə seçilir. Müştərilər öz arzu etdikləri yeməkdən istədiyi qədər yeyə bilərlər.

Hər birinizi bu bu gözəl məkanların təamlarından dadmağa dəvət edirik.

SHARE