AAAF Parkın aşpaz komandası vətənə birinciliklə qayıtdı

Ötən həftə Türkiyənin Bolu şəhərində Beynəlxalq yemək yarışması “BL Grand Prix”də AAAF Parkın baş aşpazı Zaur Qasımovun münsif qismində iştirak edib. 12 ölkədən gələn mütəxəssislərin qatıldığı bu mötəbər tədbirdə AAAF TV-də efirə gedən “Qurman” verilişinin komandası – AAAF Park Restoranlarının baş aşpazı Zaur Qasımov, komanda lideri – Emin Həsənov, şirniyyatçı – Roman Ələkbərov və aşpaz köməkçisi Nəcəf Qaflanov – da iştirak edərək qalib olub və birinci yeri tutub. Vətənə birinciliklə qayıdan kollektiv Türkiyə haqqında təəssüratlarını və birincilik sevincini AAAF TV ilə bölüşüb.

Yarışdan birincilik kuboku ilə ölkəmizə qayıdan iştirakçılarımız hazırladıqları yeməklərlə bir çox sahə üzrə diplom və medallarla da təltif olunub. Biz də öz növbəmizdə AAAF Park Restoranlar şəbəkəsinin aşpaz heyətini təbrik edir, uğurlarının davamını arzu edirik.

SHARE