AAAF Parkdan uşaqlara MÜJDƏ!

AAAF Park Yaşayış Kompleksində yanvar ayının 6–dan 8-nə dək hər gün saat 16:00-dan – 17:30-adək şənlik təşkil ediləcəkdir. “Limuland” Əyləncə Mərkəzində keçiriləcək “Yeni il əhvalatı” adlı şənlikdə bütün uşaqları unudulmaz Şaxta Baba və Qar Qızın əhvalatları, müxtəlif cizgi film personajlarının şən oyun və rəqsləri, bol əyləncə və sürprizlər gözləyir.

Şənliyə gəlməmişdən öncə bilet götürərək qeydiyyatdan keçmək mütləqdir. Biletləri AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Limuland” Əyləncə Mərkəzindən əldə edə bilərsiniz. Biletlər AAAF Park tərəfindən TAM ÖDƏNİŞSİZ şəkildə təmin ediləcəkdir.

Bütün uşaqlara sevgilərlə!

AAAF Parkdan!

Əlaqə üçün *6464/ 012 408 64 64-ə zəng etməyiniz xahiş edilir. 

SHARE