AAAF Parkdan udulan  mənzil  sahibinə təqdim olundu

AAAF Parkdan udulan mənzil sahibinə təqdim olundu 2016-cı ilin son günündə Bakı Olimpiya Stadionunda baş tutan və AAAF Park Yaşayış Kompleksinin sponsorluğu ilə ərsəyə gələn “ƏN Yeni il” konsertində minlərlə tamaşaçının böyük hədiyyələr qazanmaq şansı olub. Onların arasında AAAF Parkdan mənzil də var idi. Möhtəşəm konsertin sonunda bu hədiyyə Musayev Rusif Asif oğluna qismət olub. Bilet nömrəsi 6111 olan və qalıb adının qazanan yeni sakinimiz AAAF Parka gələrək mənzilini rəsmiləşdirib. Rusif və ailə üzvləri dəyərli hədiyyənin sevinc hisslərini AAAF TV ilə bölüşüblər.

Bakı Olimpiya Stadionunun təmsilçisi Seyran Hüseynov yüksək səviyyəli əməkdaşlığa görə AAAF Parka təşəkkürünü bildirib. Qeyd edək ki, “ƏN Yeni il” konsertində şou-proqramda atəşfəşanlıq və diskoteka olub. Konsert proqramında əvvəlcə Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki çıxıb. Sonra səhnəyə qardaş ölkənin digər məşhur müğənniləri – Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxıblar. Mənzili udan xoşbəxt qalibə mənzil sertifikatını AAAF Media MMC-nin direktoru Rəşad Əliyev təqdim edib. AAAF Park Yaşayış Kompleksi bir daha qalibi, eləcə də bütün azərbaycanlıları Yeni il münasibətilə təbrik edir, uzun ömür, ailə səadəti arzulayır. Bununla yanaşı, AAAF Park Bakı Olimpiya Stadionuna yüksək səviyyəli təşkilatçılıq, gözəl əməkdaşlığa təşəkkür edir, gələcək layihələrdə də birgə çalışmaqdan məmnunluq duyacağını bildirir.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here