AAAF Parkdan təmirli mənzil almaq istəyənlərin arzusu gerçəkləşdirilir!

Artıq 7000 manat ilkin ödəniş edərək təmirli mənzilə sahib olmaq mümkündür!

AAAF Park Yaşayış Kompleksinin 19-cu küçəsində Yeni Yaşayış Kompleksinin tikintisinə start verildi. 15-18 aya təhvil veriləcək 6 blokdan ibarət  15 mərtəbəli bu yeni kompleksdə mənzillər təmirli və təmirsiz şərtlərlə satılacaqdır. 5 ilədək ödəmə şərti ilə təklif olunan mənzillər təmirsiz, 3-ilədək ödəmə şərtləri ilə təklif edilən mənzillər isə təmirli şəkildə rəsmiləşdirilə biləcəkdir. Yeraltı qaraj sistemli və 2 liftli bloklardan ibarət olan bu müasir üslublu kompleks, Ceyranbatan gölüAAAF Parkın  panoraması ilə 1, 2 və 3 otaqlı mənzillərə bölünərək layihələndirilib.

Kampaniya 7 – 10 000 manat ilkin ödəniş imkanı olan, 18 ay gözləyərək təmirli şərtlərlə ev almaq istəyən və borc qalığının bölünməsi zamanı heç bir faiz və ya qiymət artımı istəməyən alıcıların müraciətləri əsasında formalaşıb.

Bu yaşayış tikilisində daha bir yenilik təqdim olunur. Belə ki, mənzilin təmirli və təmirsiz şərtlərlə alınmasından asılı olmayaraq, 3D formatlı interyer dizaynlar sakinlərə təqdim ediləcəkdir. Bu da ən kiçik 1 otaqlı mənzili 2 otaqlı üslubda təmir etmək istəyənlər üçün olduqca faydalıdır.

Xatırladaq ki, AAAF İnşaat MMC son aylar Azərbaycan tikinti sektoru bazarının satış strategiyasını dəyişdirə biləcək bir çox ilkləri gerçəkləşdirib. Məsələn tək şəxsiyyət vəsiqəsi və heç bir banka müraciət etmədən daxili lizinq şərti ilə 25 illik ödəmə imkanı, hal-hazırda 31 dekabradək elan olunmuş – 10 illik ilkin ödənişsiz kampaniya və s. sırf gəlirlilik səviyyəsi az olan gənc və ya yaxın 1-2 il ərzində ailə qurmaq istəyən cütlüklərə şamil edilmiş sosial bir layihədir.  Bu kimi sosial layihələrin tez-tez növbələnməsi əhali ilə sıx əlaqədə olan “AAAF İnşaat” MMC-nin bütün müraciətləri dərhal gerçəkləşdirə bilmə gücünün olması ilə izah edilə bilər.

“AAAF Park həm də gənc ailələr üçün bir sərmayə layihəsidir.”  Bu fikri səsləndirən şirkətin rəhbəri Tofiq Heydərovun əsaslı arqumentləri var. Bu arqumentlərdən biri də bu gün alıcı qismində 24-30 yaşlı gəncin AAAF Parkı yaxın 2-3 il üçün sərmaye layihəsi kimi görmə marağının olmasıdır.  Bu perspektivli yanaşmanı şirkət birmənalı qarşılamır və əhalinin bu etimadını doğrultmağı və öhdəsinə götürdüyü 28 və 29-cu küçələri, həmçinin 19-cu küçəni də vaxtında təhvil verməyi qarşısına prioritet olan bir məqsəd kimi qoyub.

Yeni Yaşayış Kompleksindən mənzil almaq üçün (012) 310 0909, (050) 966 0909 nömrələri ilə əlaqə saxlamağınız kifayətdir.

SHARE