AAAF Parkdan sakinlərə Novruz hədiyyəsi

AAAF Park Yaşayış Kompleksində küçələr üzrə mənzillərin qazlaşdırılması prosesi davam edir. Artıq 21 saylı küçə də təbii qazla tam təmin olunub. Sakinlər təbii qazdan rahatlıqla istifadə etdiklərini dilə gətirərək yaradılan bu şəraitə görə AAAF Parka minnətdarlıq etdilər. Həmçinin bildirdilər ki, təbii qazın verilməsi onlar üçün əsl Novruz bayramı hədiyyəsi olub.

Qeyd edək ki, yaxın vaxtlarda 23 saylı küçənin mənzilləri də təbii qazla təmin olunacaq.

SHARE