AAAF Parkdan “MANATA DƏSTƏK” Kampaniyasını davam edirir

AAAF Park Yaşayış Kompleksində start verilən “Yeni il kampaniyası” dolların bahalaşmasına rəğmən dekabr ayının 31-inədək davam edəcəkdir. Bu sözləri AAAF Parkın təsisçisi Tofiq Heydərov Xəzər TV-yə müsahibəsində bildirib:

Xatırladaq ki, “Yeni il Kampaniyası”nın şərtlərinə görə dekabr ayının 31-nədək hər bir Azərbaycan vətəndaşı İLKİN ÖDƏNİŞSİZ, 10 illik ödəmə şərtləri və tək şəxsiyyət vəsiqəsi ilə mənzil əldə edə bilər.

AAAF Park layihəsi ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir. Gənc ailələr üçün gələcək sərmayə layihəsi ərazisi kimi özünü bəyan edən AAAF Park Yaşayış Kompleksi, regionda nümunəvi şəhərsalma layihəsidir. Kompleksin ərazisində idman, təhsil, sağlamlıq, istirahət və asudə vaxtın səmərəli təşkilini özündə birləşdirən müasir üslublu və texnoloji yeniliklərlə təchiz edilmiş xidmət müəssisələri fəaliyyət göstərir. Bu günlərdə isə hər il təqdim edilən “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatlar müəyyən olundu. Bu mükafatlardan birinə layiq görülən AAAF Park Yaşayış Kompleksi “Müasir şəhərsalmada ən uğurlu tikinti layihəsi” nominasiyasının qalibi elan olundu.

SHARE