AAAF Parkdan “Malların hamısı, qiymətin yarısı” kampaniyası davam edir!

AAAF Park Mağazalar Şəbəkəsindən xalqımızın milli adət-ənənələrini özündə birləşdirən, baharın gəlişini xəbər verən “Novruz Bayramı” münasibəti ilə “Malların hamısı, qiymətin yarısı”  kampaniyasına yenidən start verildi. 10 gün, 15 mart – 25 mart tarixlərini əhatə edəcək kampaniyanın şərtlərinə əsasən parkın ərazisində yerləşən mağazalarda bütün malları yarı qiymətinə almaq mümkün olacaqdır.

AAAF Park Mağazalar Şəbəkəsinə daxil olan mağazaların siyahısını təqdim edirik:

  • “Adidas” İdman Avadanlıqları və Geyim Mağazası
  • “Armine” butiki
  • “Cons” qadın və kişi geyimləri mağazası
  • “Piserro” kişi geyimləri mağazası
  • “LK&JNS” qadın geyimləri mağazası
  • “Limustore” uşaq geyim
  • “Baby Store” oyuncaq dünyası
  • “Polaris” qadın və kişi ayaqqabı mağazası
  • “Bluekey” Outlet
  • “Hədiyyələr Dünyası”

Xatırladaq ki, “Malların hamısı, qiymətin yarısı”  kampaniyası ilk 2015-ci  dekabr ayının 11-i gecə saat 23:00-dan 12 dekabr gecə saat 02:00-adək elan olunmuş, çoxsaylı alıcı kütləsini nəzərə alaraq daha 1 saat uzadılmışdı. Bu kampaniya 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində də yenidən həyata keçirilərək 5 gün davam etdi. Böyük alıcı rəğbəti və müraciətləri nəzərə alaraq Novruz Bayramı ərəfəsində kampaniyanın müddətinin 10 gün olmasına qərar verilmişdir.    

Novruz  Bayramınız Mübarək!

Əlavə məlumat üçün:

*6464 / 012 310 0 410

SHARE