AAAF Parkdan “Gecikmiş etiraf” kitabının təqdimat mərasiminə dəvət!

“AAAF Park” Yaşayış Kompleksinin dəstəyi, “İstedadlı Əlillər” İctimai Birliyinin təşkilatçılığı və AR Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı  ilə  Etibar Həsənzadənin “Gecikmiş etiraf” kitabının təqdimat mərasimi və “İstedadlı Əlillər” İctimai Birliyinin “Fiziki məhdud insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi çərçivəsində görülən işlərin yekun hesabat konfransı təşkil olunacaqdır.

Tədbirdə əlilliyi olan insanlarla  yanaşı millət vəkilləri və dövlət xadimlərinin iştirakı da gözlənilir.

Sentyabr ayının 19-da saat 18:00-da başlayacaq rəsmi hissə daha sonra musiqili proqramla davam edəcək.

Hər kəsi tədbirə dəvət edirik!

SHARE