AAAF Parkdakı restoranlar yeni xidmətlərlə ixtiyarınızdadır!

AAAF Park Yaşayış Kompleksində yerləşən restoran və əyləncə mərkəzləri yeni mövsümdə daha bol çeşidli yemək menyularını təklif edir. Ağız dadınıza uyğun olacaq bu yeməklər peşəkar aşpazlar tərəfindən hazırlanaraq müştərilərə təqdim olunur. Siz burada milli və Avropa mətbəxinin ən ləziz təamlarını dadmaq istəyirsinizsə, AAAF Park Yaşayış Kompleksində yerləşən, görünüşü göz oxşayan və yüksək xidməti ilə seçilən restoran və əyləncə mərkəzlərinə baş çəkə bilərsiniz. Burada yediyiniz yeməklər həm də cibinizə uyğun olacaq. Bunlar hələ son deyil…

İstənilən məkanda 1 pizza və 1 lamhacun yedinizsə, 1–i də əlavə olunacaq. Həmçinin istənilən müştəri seçdiyi və bəyəndiyi yeməyi sifariş etməklə pulsuz çatdırılma xidmətindən də yararlana bilər.

Ailəvi istirahətin əvəzolunmaz məkanı olan AAAF Parka gəldinizsə, yolunuzu restoranlardan və əyləncə mərkəzlərindən salın. Rahat istirahət etməklə bərabər həmçinin ləziz yeməklərin də dadına baxmış olacaq və razı qalacaqsınız.

SHARE