AAAF Parkda “Zirvə Uşaq Akademiyası“

“Zirvə Uşaq Akademiyası “ övladlarınızın həyata sərbəst və özlərinə güvənərək addım atması üçün mükəmməl bir başlanğıcdır.

Uşaqlar bizim gələcəyimizdir. Lakin indi onlar balaca və müdafiəsizdir. Onlara firavan həyat və sağlam gələcək verə biləcəksinizmi? Bu suala cavab tapmaqda sizə yardımçı olmaq istəyirik. Uşaqlarınızın güvənli gələcəyinin təmin edilməsini, erkən yaşlarından hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasını istəyirsinizsə o zaman “Zirvə Uşaq Akademiyası “ sizə yardımçı olmağa hazırdır. Yüksək ixtisaslı və müxtəlif profilli mütəxəssislər, psixoloqlar, pedaqoqlar övladlarınızın sağlam təfəkkürə malik böyümələrinə, hər zaman sizi öz uğurları ilə sevindirmələrinə yardımçı olacaqlar.

Xidmətlər:

  • Nəqliyyat-servis xidməti (fərdi və qrup)
  • Psixoloq-loqoped xidməti
  • Həkim məsləhəti
  • İngilis və rus dilləri
  • Fənnlər üzrə məşğələlər
  • Musiqi
  • Gimnastika
  • Cüdo
  • Üzgüçülük
  • Şahmat dərsi
  • Əmək dərsi
  • Bayramların təşkili

Məqsədimiz uşaqlarınızın rahatlığını, sizin firavan həyatınızı, xoş əhval-ruhiyyənizi təmin etməkdir.




SHARE