AAAF Parkda “Zirvə” restoranı

AAAF Park” Yaşayış Kompleksi bütün ziyarətçilərini asudə vaxtlarını daha gözəl keçirmələri üçün “Zirvə” restoranına dəvət edir. Bu məkan da müştərilərin daima xidmətindədir.

“Zirvə” restoranı xüsusilə cənub regionunun yeməkləri – təndirdə hazırlanan balıq və toyuq ləvəngiləri, kabablar, xəmir yeməkləri, qazan yeməkləri, tabaka, plovlar, sac yeməkləri, eləcə də, Avropa və milli mətbəxin ləziz yeməkləri ilə məşhurdur. Burada istənilən milli yemək əvvəlcədən sifariş etməklə hazırlanır.

60-80 nəfərlik böyük zalı banket və tədbirlər üçün, 15-30 nəfərlik kiçik zalı isə kiçik tədbirlər üçün nəzərdə tutulmuşdur. Burada həmçinin ailəvi kabinetlər də mövcuddur.

Açıq havada, fontanın yanında tədbir və banketlərin keçirilməsi üçün say məhdudiyyəti yoxdur.

“Zirvə” restoranında evlərə və ofislərə pulsuz çatdırılma xidməti də yaradılmışdır.

Çay dəsgahı, kömür, somovar, kənd ləzzəti, istirahət bağı, ekzotik quşlar, hovuz və rəngli fəvvarələr, həzin musiqi sizin zövqünüzü oxşayacaq.

Yüksək xidmət, sərfəli qiymət, tanınmış aşpazlar, gülərüz personal sizləri gözləyir!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.
SHARE