AAAF Parkda “Zirvə Fitness & Spa” mərkəzi

AAAF Parkda yerləşən “Zirvə Fitness & Spa” mərkəzinin fitnes bölümü müasir avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istəklərinə cavab verir. Gözəl bədən quruluşuna malik olmaq, sağlam qalmaq üçün məhz bu mərkəzə müraciət edənlərin sayı çoxdur. Çox yaxın zamanda Spa bölümünün də fəaliyyətə başlayacağı gözlənilir.

Çox insan fitnesin yalnız arıqlamaq üçün olduğunu düşünür. Qeyd edək ki, fitnes insanda özünü daha yaxşı hiss etmə, daha effektiv işləmə gücünü artırır. Fitneslə məşğul olanlar ürək-damar sisteminin xəstəliklərinin qarşısını almış olur, ürək əzələsini möhkəmləndirirlər. Məhz fitnes orqanizm üçün vacib olan maddələr mübadiləsini yaxşılaşdıraraq immun sistemini gücləndirir, bu da qrip və soyuqdəymənin qarşısıını alır.

Fitnes həmçinin beyin aktivliyini artırır, sevinc hormonu istehsal edir, bu isə əhval-ruhiyyənin yaxşılaşmasına və beyin aydınlığına səbəb olur.

Fitnes ilə məşğul olan insanlar stress və depressiya halları ilə daha az rastlaşırlar.

Hər kəsi AAAF Parkda yerləşən “Zirvə Fitness & Spa” sağlamlıq mərkəzindən istifadə etməyə dəvət edirik.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.

SHARE