AAAF Parkda “Zirvə Ət” dükanı fəaliyyət göstərəcək

AAAF Park Yaşayış Kompleksi daha bir yeniliklə sakin və qonaqlar üçün xidmət siyahısını genişləndirir. Belə ki, “Zirvə” restoranının ərazisində “Zirvə ət” dükanı fəaliyyət göstərəcək. Məkan daxilində müxtəlif növ ətlərin kiloqramla satışı həyata keçiriləcək. Bununla yanaşı, məkanda təbii kənd məhsullarının, müxtəlif ağartıların – süd, qatıq, pendir, qaymaq, süzmə, bal, yumurta, hətta, meyvə – tərəvəz məhsullarının satışı da nəzərdə tutulub.

Bu barədə “Zirvə” restoranının meneceri Mehman Məmmədov məlumat verib.

O, “Zirvə ət” dükanında son hazırlıq işlərinin görüldüyünü və növbəti həftələrdə fəaliyyətə başlayacağını qeyd edib. AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə ət” dükanı süfrələrinizi təbiətdən gələn məhsullarla zənginləşdirəcək.

SHARE