AAAF Parkda “Zirvə” BİK-in basketbol zalının açılışı oldu

Bütün, xüsusilə də Olimpiya idman növlərini öz çətiri altında inkişaf etdirməklə Azərbaycan idmanının dünya şöhrətini daha da artırmağı özünə əsas məqsəd seçən “Zirvə” Beynəlxalq İdman Klubları AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni-yeni idmançılarla töhfə verəcək basketbol zalının açılışını etdi. Kiçik yaşlardan basketbola həvəs göstərən, uşaqların təhsillərini də davam etdirərək peşəkar idmançı kimi yetişmələri üçün hər cür şəraitin olması bu yeni zalı xüsusilə əlamətdar edir və Azərbaycanda bir ilkdir. Həmçinin “Zirvə” uşaq bağçasında da ilkin basketbol məşqləri üçün şəraitin qurulması, lap erkən dövrdən potensiallı uşaqların tapılıb basketbola qazandırılması üçün unikal addımdır. Türkiyənin tanınmış basketbol məşqçisi və “Zirvə” BİK-in vitse-prezidenti Evren Alkaya da zala baxış keçirib, öz müsbət rəyini verdi. O, həmçinin qeyd etdi ki, idmana bu cür yanaşma məhz beynəlxalq yanaşmadır. Türkiyədə bu təcrübə uzun illərdir tətbiq olunur və özünü doğruldur. Bu yol peşəkar və savadlı idmançıların yetişməsində əvəzsiz yoldur. Evren Alkaya bu təcrübənin Azərbaycana gətirilməsinə görə Tofiq Heydərova xüsusi təşəkkür edib.

 

Yeri gəlmişkən qeyd edək ki, bugünlərdə ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində Azərbaycan yığma komandasının qazandığı medalların da məhz “Zirvə”çilərdən gəlməsi sözügedən praktika və xidmətlərin əyani nəticəsi kimi göstərilə bilər. Bütün bu yenilikləri və xidmətləri nəzərə alan Azərbaycan Basketbol Federasiyası “Zirvə” Beynəlxalq İdman Klubları ilə memorandum imzalayaraq klubumuzun bu imkanlarından yararlanmaq qərarı verdi. Mərasim klubun Xırdalanda yerləşən AAAF Park Yaşayış Kompleksindəki əsas təlim-məşq bazasında baş tutdu. İmzaları “Zirvə” BİK-in prezidenti Tofiq Heydərov və ABF-nin prezidenti Nadir Nəsibov atdılar.

 

Qeyd edək ki, artıq bir müddətdir Türkiyənin Ankara şəhətində də basketbol zalı fəaliyyət göstərən “Zirvə” BİK Türkiyə Basketbol Federasiyası ilə də sıx əməkdaşlıq edir, Türkiyə basketboluna öz töhfələrini verir. Qarşıdakı hədəf isə “Zirvə” BİK nın basketbol komandalarının həm Azərbaycanda, həm də Türkiyədə yüksək liqalarda təmsil olunmalarıdır.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE