18-19 avqust tarixlərində “AAAF Park Yaşayış Kompleksi”ndə növbəti möhtəşəm idman yarışı keçirildi. Mərkəzi bazası məhz bizim Kompleks olan “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi – “Zirve İnternational Sport Clubs”-ın (ZİSC) ilk böyük yarışı baş tutdu. “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” adını daşıyan turnir genişmiqyaslılığı və yüksək səviyyəli təşkilatçılığı ilə fərqləndi. Çempionatda Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Belarus, Moldova və Azərbaycandan yüzdən çox yeniyetmə, gənc, qız, qadın, kişi və veteran atletlər medallar uğrunda mübarizə apardılar. İdmançılar ZİSC-nin öz ölkələrindəki filiallarının nümayəndələri olaraq yarış qatılmışdılar. İştirakçılar klubumuzun nümayəndəliklərindəki daxili yarışlarda fərqlənən, reytinq üzrə ən güclü atletlər idi.
Bu günə qədər yalnız Azərbaycan daxilində keçirilən Çempionatımız, ilk dəfə idi ki, beynəlxalq xarakter daşıyırdı. Yüzlərlə əcnəbi və yerli atletin birgəliyi, dostluq və qardaşlıq nümayişi, yeni tanışlıqlar, köhnə dostların uzun illərdən sonra görüşməsi, qalib gəlmiş idmanççıların və onların məşqçilərinin sevinc nümayişləri, mükafatlandırma və təltifatlar… Bütün bunlar yaşayan xoş anların kiçik bir hissəsi idi.
Bu turnir “Zirvə” İdman Klubu və AAAF Park Yaşayış Kompleksinin təşkilatçılıq potensialını ortaya qoydu. Çox qısa müddət ərzində yüksək səviyyədə, orijinal memarlıq üslübunda inşa olunan yeni, möhtəşəm yarış zalı onu görənlərin heyrətinə səbəb olur. Ağır atletlər üçün fantastik şəraitin qurulması, onların rahat məşq və istirahət etməsi üçün imkanların genişliyini, 700 nəfərlik tamaşaçı zalı, çıxış üçün ən müasir, milli ornament dizaynlı körpücük və fon, ən son ağır atletika avadanlıqları, texniki təminat və digər məqamlar görülən işin səviyyəsindən xəbər verir.
Çempionata qatılan az qala hər kəs AAAF Park Yaşayış Kompleksinin gözəlliyindən ağızdolusu danışaraq, heç bir yerdə belə şeyə rast gəlmədiklərini qeyd etdilər. Kompleksimizin sağlam həyat tərzi üçün ideal yer olduğunu dilə gətirən qonaqlar, burada ev alanların şanslı insanlar olduqlarını da əlavə etdilər. Onlar “AAAF Park”-ın “nadir tapıntı” kimi qələmə verməklə yanaşı, gördükləri dostluq və qardaşlıq münasibətinə, yüksək xidmətə, sevincli anlara görə təşəkkür etdilər.
Yarışın özü 8 yaş qrupunda – 12, 15, 17, 20 yaşa qədər oğlanlar, kişilər, qadınlar, 15 yaşa qədər qızlar və veteranlar arasında keçirildi. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdirildilər. Sevindiricidir ki, bu beynəlxalq yarışda Azərbaycan atletləri ən yüksək mükafatlara layiq görüldülər. Əzimova Səbinə (Lənkəran), Rəhimov Kənan (İsmayıllı), İsmayılov Hüseyn (Yevlax), İmanzadə Rüstəm (Lənkəran), Dadaşbəyli Dadaş (Qobustan), Jilyayaev Vladimir (Xırdalan) qızıl, Tağıyev Zəfər (Samux), Elxan Teymuroğlu (Lənkəran), Məmmədli Əli (Lənkəran), Manafov Yaqub (Qazax) gümüş, Abbasova Elnarə (Qazax), Cavadov Ömər (Xırdalan), Əliyev Emil (Sumqayıt) və Xəlilov Kənan (Neftçala) bürünc medala layiq görülərək möhtəşəm çıxış nümayiş etdirdilər. Ümumilikdə, Azərbaycan idmançıları 14 medalla bütün ölkələri qabaqlayaraq mütləq çempion oldular. Klubların mübarizəsində də həmyerlilərimiz qalib adını qazandı. “Lənkəran-Zirvə” İdman Klubunun nümayəndələri 2 qızıl və 2 gümüş medalla hamıdan birinci oldular. İkinci pilləni 2 qızıl, 1 gümüş və 1 bürünclə “Kişinyov-Zirvə”, üçüncülüyü isə 1 qızıl və 1 bürünclə “Xırdalan-Zirvə” atletləri əldə etdilər. Bu gözəl çıxışa görə hər birimizi təbrik edir, uğurlarımızın davamının həmişə gəlməsini arzulayırıq.
Çempion və medalçılara Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İdman Klubu tərəfindən pul mükafatı, fəxri diplom, medal, kubok və mənzil sertifikatları təqdim olundu.
Çempionatın bütün iştirakçılarına xatirə hədiyyələri, suvenirlər, günlük xərc pulu, AAAF Park Yaşayış Kompleksi daxilində bazarlıq etmək üçün pulsuz kuponlar hədiyyə edildi. Onların ən yüksək şəraitdə qalma, qidalanma, istirahətlə təmini, Bakı şəhərinin görməli yerlərinin görməsi üçün şəhər turu, xüsusi banket və möhtəşəm konsert təşkil olundu.
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Azimova Sabina | Lankaran | 47.00 | 57 | 73 | 130 | 217.1 |
2 | Gamze Yayla | Ankara | 53.00 | 64 | 76 | 140 | 211.2 |
3 | Gizem Nur Demir | Ankara | 51.20 | 56 | 71 | 127 | 197.0 |
4 | Dydik Galina | Zhydachiv | 31.45 | 33 | 40 | 73 | 185.9 |
5 | Cretu Carolina | Chisinau | 48.10 | 42 | 60 | 102 | 166.9 |
6 | Golubina Alesya | Kazan | 45.40 | 40 | 55 | 95 | 163.7 |
7 | Rzazade Lala | Lankaran | 44.55 | 43 | 50 | 93 | 163.1 |
8 | Garayeva Seljan | İsmayıllı | 23.00 | 18 | 24 | 42 | 162.2 |
9 | Maharramova Sevar | Lankaran | 39.70 | 37 | 45 | 82 | 161.0 |
10 | Mammadova Sona | Gazakh | 58.10 | 48 | 58 | 106 | 149.0 |
11 | Rabia Koc | Ankara-sudas | 78.00 | 55 | 65 | 120 | 140.8 |
12 | Huseynzade Fidan | Lankaran | 53.70 | 40 | 48 | 88 | 131.4 |
13 | Alizade Gunel | Gazakh | – | – | – | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Priscepa Natalia | Chisinau | 76.5 | 108 | 131 | 239 | 283.2 |
2 | Maneva Milka | Smolian | 66.50 | 91 | 115 | 206 | 264.4 |
3 | Abbasova Elnara | Gazakh | 62.45 | 76 | 102 | 178 | 237.9 |
4 | Atakan Zeynep | Ankara | 67.25 | 81 | 98 | 179 | 228.1 |
5 | Alizade Gulchin | Gazakh | 51.65 | 63 | 80 | 143 | 220.3 |
6 | Unal Elif | Ankara | 54.00 | 66 | 77 | 143 | 212.5 |
7 | Saritoprak Emine | Ankara | 58.25 | 64 | 83 | 147 | 206.3 |
8 | Breczko Kamila | Terespol | 52.50 | 60 | 72 | 132 | 200.6 |
9 | Nur Dalmizrak Busra | Ankara | 62.25 | 68 | 81 | 149 | 199.6 |
10 | Golubina Anastasiya | Kazan | 67.90 | 65 | 77 | 142 | 179.9 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Rahimov Kanan | Ismayilli | 27.30 | 33 | 44 | 77 | 252.8 |
2 | Manafov Yaqub | Gazakh | 55.90 | 73 | 88 | 161 | 251.6 |
3 | Javadov Omar | Khirdalan | 29.40 | 35 | 46 | 81 | 241.7 |
4 | Heydarov Javid | Neftchala | 33.85 | 41 | 44 | 85 | 240.1 |
5 | Aliyev Murad | Sumgait | 34.00 | 42 | 50 | 92 | 231.4 |
6 | Elvin Abbasov | Goranboy | 30.30 | 33 | 43 | 76 | 218.6 |
7 | Khalilov Khayal | Goranboy | 34.60 | 38 | 50 | 88 | 217.0 |
8 | Mammadli Adalat | Ismayilli | 33.95 | 39 | 46 | 85 | 214.1 |
9 | Mahmudov Khayal | Neftchala | 38.00 | 42 | 53 | 95 | 211.3 |
10 | Hasanli Isa | Lenkeran | 37.75 | 36 | 47 | 83 | 186.2 |
11 | Ibrahimov Sadig | Neftchala | 32.95 | – | – | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Ismayilov Huseyn | Yevlakh | 75.95 | 125 | 145 | 270 | 342.7 |
2 | Mammadli Ali | Lenkeran | 69.90 | 110 | 130 | 240 | 320.2 |
3 | Khalilov Kanan | Neftchala | 52.95 | 88 | 100 | 188 | 306.9 |
4 | Victor Anici | Chisinau | 54.65 | 84 | 107 | 191 | 303.9 |
5 | Cristian Caradjia | Chisinau | 62.85 | 97 | 110 | 207 | 296.5 |
6 | Mirzeyev Elsever | Lerik | 48.80 | 77 | 87 | 164 | 287.0 |
7 | Huseynov Elmaddin | Shamakhi | 41.85 | 58 | 77 | 135 | 272.6 |
8 | Alkhasov Alimardan | Lerik | 54.40 | 70 | 83 | 153 | 244.4 |
9 | Rahimov Mushfig | Ismayilli | 29.60 | 30 | 43 | 73 | 216.1 |
10 | Kovachev Zlatomir | Smolian | 71.70 | 74 | 85 | 159 | 208.8 |
11 | Aliyev Fugan | Lerik | 40.25 | 45 | 54 | 99 | 207.8 |
12 | Simov Radostin | Smolian | 59.90 | 48 | 65 | 113 | 167.6 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | İmanzade Rustam | Lenkeran | 60.80 | 120 | 140 | 260 | 381.4 |
2 | Chkheidze Giorgi | Tbilisi | 104.80 | 155 | 185 | 340 | 371.8 |
3 | Obukhov İgor | Zhydachiv | 75.20 | 110 | 157 | 267 | 340.8 |
4 | Sharifov Elshad | Shamakhi | 68.15 | 115 | 135 | 250 | 339.0 |
5 | Gordinskiy Artur | Zhydachiv | 65.30 | 102 | 135 | 237 | 330.6 |
6 | Rzazade Ruslan | Lenkeran | 55.05 | 97 | 110 | 207 | 327.5 |
7 | Aliguliyev Kenan | Lenkeran | 64.55 | 102 | 130 | 232 | 326.2 |
8 | Mateusz Skulimowski | Terespol | 71.35 | 110 | 132 | 242 | 318.8 |
9 | Krikhan Daniel | Chisinau | 71.10 | 108 | 127 | 239 | 315.5 |
10 | Samadov Ulvi | Neftchala | 55.90 | 83 | 107 | 190 | 297.0 |
11 | Taca Constantin | Chisinau | 75.60 | 108 | 125 | 233 | 296.5 |
12 | Mammadli Mahammad | Ismayilli | 59.60 | 90 | 105 | 195 | 290.2 |
13 | Magielnicki Kacper | Terespol | 56.30 | 72 | 90 | 162 | 251.8 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Dadashbeyli Dadash | Gobustan | 91.00 | 160 | 190 | 350 | 405.0 |
2 | Elkhan Teymuroglu | Lenkeran | 74.90 | 136 | 171 | 307 | 392.8 |
3 | Plesnoy Anton | Zhydachiv | 82.90 | 144 | 180 | 324 | 392.1 |
4 | Todadze Tornike | Tbilisi | 72.80 | 134 | 162 | 296 | 385.2 |
5 | Motricala Andrian | Chisinau | 94.15 | 145 | 175 | 320 | 364.8 |
6 | Grossu Georgi | Chisinau | 77.15 | 130 | 160 | 290 | 364.8 |
7 | Mazur Vladimir | Zhydachiv | 101.60 | 148 | 180 | 328 | 362.7 |
8 | Nikolin Oleg | Zhydachiv | 72.80 | 119 | 146 | 265 | 344.8 |
9 | Konrad Zielonka | Terespol | 70.50 | 115 | 140 | 255 | 338.4 |
10 | Alizade Ayanet | Lenkeran | 62.10 | 85 | 110 | 195 | 281.7 |
11 | Gayarli Khalil | Goranboy | 105.75 | 110 | 140 | 250 | 272.5 |
12 | Huseynov Mirhuseyn | Masazir | 85.00 | 140 | 0 | 0 | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Artiom Pipa | Chisinau | 79.25 | 157 | 195 | 352 | 436.3 |
2 | Andrian Zbirnea | Chisinau | 107.8 | 175 | 217 | 392 | 424.6 |
3 | Oleg Chernei | Chisinau | 87.25 | 165 | 193 | 358 | 422.4 |
4 | Dumitru Captari | Chisinau | 82.60 | 150 | 195 | 345 | 418.3 |
5 | Sergei Chechir | Chisinau | 71.85 | 145 | 172 | 317 | 415.8 |
6 | Vitali Olevich | Zhydachiv | 84.65 | 145 | 167 | 312 | 373.6 |
7 | İon Vascan | Chisinau | 104.15 | 150 | 180 | 310 | 361.7 |
8 | Oleg Sirghi | Chisinau | 61.50 | 108 | 130 | 238 | 346.2 |
9 | Mustafa Kaya Anil | Ankara | 86.50 | 106 | 135 | 241 | 285.5 |
10 | Recep Arslan | Ankara | 99.80 | 105 | 130 | 235 | 261.7 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
N | Name | Club | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Jilyayev Vladimir | Absheron | 85.70 | – | – | 196 | 389.8 |
2 | Tagiyev Zafer | Samukh | 73.00 | – | – | 252 | 375.4 |
3 | Aliyev Emin | Sumgait | 111.80 | – | – | 298 | 350.9 |
4 | Aliyev Akif | Absheron | 54.45 | – | – | 162 | 349.0 |
5 | Rahimov Akif | Minsk | 89.10 | – | – | 240 | 343.7 |
6 | Akbarov Emin | Sumgait | 82.30 | – | – | 216 | 300.9 |
7 | Guliyev Serdar | Sumgait | 79.40 | – | – | 147 | 292.6 |
8 | Huseynov Samir | Lenkeran | 78.00 | – | – | 215 | 288.1 |
9 | Mammadov Abbas | Sumgait | 81.55 | – | – | 195 | 261.8 |
10 | Aliguliyev Teymur | Lenkeran | 79.50 | – | – | 170 | 253.8 |
11 | Mukhtarov Agalar | Sumgait | 83.20 | – | – | 180 | 249.3 |