AAAF Parkda yerləşən mini-futbol meydançalarına onlayn sifariş başladı

AAAF Parkda yerləşən mini-futbol meydançaları artıq olduğunuz yeri tərk etmədən və vaxt itirmədən onlayn rejimdə ödəniş edərək sizə uyğun saatları icarə etməyə imkan yaradır. Bu imkanı siz minifutbol.az saytına girməklə əldə edirsiz. Saytın rəhbəri Orxan Rzazadə əməkdaşımızla söhbəti zamanı layihə haqqında məlumat verərək onun üstünlüklərindən danışdı.

Daha sonra layihə rəhbəri AAAF Parkdakı mini-futbol stadionlarında olan şəraitin gözəlliyindən də söz açıb.

Qeyd edək ki, AAAF Parkda yerləşən mini stadionlardan istifadə haqqı 9-dan 18:00-a qədər 20 manat, 18:00-dan gecə yarısına kimi isə 30 manat təşkil edir.

SHARE