AAAF Parkda yerləşən 23 saylı küçənin sakinlərinə xoş xəbər – VİDEO

138 ailənin köçdüyü 23 saylı küçədə olan mənzillər bu ilin qış fəslinə kimi istilik sistemi ilə təmin ediləcəkdir.

AAAF Park Yaşayış Kompleksində yerləşən və 6 ay bundan öncə təmir üçün təhvil verilən 23 saylı küçə tam olaraq sakinlərin ixtiyarına verildi. Artıq bu küçədəki  binalarda əksər ev sahibləri mənzillərinin təmir işlərini yekunlaşdıraraq evlərinə köçüblər. “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hətəm Rəfiyev AAAF TV-yə müsahibəsində bildirib ki, mənzillərə smart tipli işıq sayğacları quraşdırılıb, sakinləri daimi  su ilə təmin etmək məqsədilə tikilən su hövzəsində son tamamlanma və yoxlama işləri aparılır. 23 saylı küçəyə tam olaraq asfalt örtüyü çəkilib.

Xatırladaq ki, AAAF Park Yaşayış Kompleksində son günlərdə sürətlə tikinti və tamamlama işləri gedir. Bu ilin sonunadək bir çox küçələr istilik sistemi ve daimi su ilə təchiz olunacaqdır.   Sakinlərin işıq kəsintilərində yaranan problemlərin də aradan qaldırılması yolunda mütəmadi işlər aparılır.

SHARE