AAAF Park Yaşayış kompleksində “Zirvə” restoranının ərazisində yeni təndir tikilir. “Sehrli təndir” adlanan məkanda üç təndir quraşdırılıb. “Sehirli təndir”də müxtəlif növ təndir çörəkləri, cürbəcür balıq və toyuq ləvəngiləri bişiriləcək. Bununla bitmir, məkanda fərqli bir ləzzət olan müxtəlif təndir kabablarının hazırlanması da nəzərdə tutulub. Əlavə olaraq təndirdə bişən nemətlərin müştərilərə pərakəndə şəkildə satışı da həyata keçiriləcək.
Məkanın ikinci mərtəbəsində isə yeni masalar qurulacaq. “Sehrli təndirdə” sac quraşdırılacaq və sacda bişən təamlara yer veriləcək.
“Zirvə” restoranının meneceri Mehman Məmmədov təndirin tikintisində yekunlaşma işləri getdiyini və növbəti həftə istifadəyə veriləcəyini qeyd etdi. Əgər siz də keçmişdən miras qalan milli dadı süfrənizdə görmək istəyirsinizsə, yolunuzu AAAF Parkda yerləşən “Zirvə” restoranından salın.