AAAF Parkda yeni “Sehirli təndir”

AAAF Park Yaşayış Kompleksinin nəzdində fəaliyyət göstərən “Zirvə” restoranı ərazisində yeni “Sehirli təndir” istifadəyə verildi. Iki mərtəbədən ibarət təndirdə ekoloji cəhətdən təmiz məhsullar ənənəvi üsulla hazırlanıb müştərilərə təqdim edilir. Birinci mərtəbədə quraşdırılan üç təndir odunla işləyir. Bu da həm keyfiyyət, həm də dad fərqinə gətirib çıxarır, keçmişin ləzzətini bu gün süfrələrinizə gətirir. Birinci mərtəbəsi sırf təndirə aid olan məkanın ikinci mərtəbəsində qonaqların əyləşməsi və kompleksin fərqli mənzərəsindən həzz alması üçün unikal şərait yaradılıb. “Sehirli təndir”də çörəklə yanaşı, balıq, toyuq ləvəngiləri, eyni zamanda, mövsümə uyğun ov quşları da sifarişlə bişirilir. Məkanın havalandırma sistemi də yüksək səviyyədə qurulub. Yaxın günlərdə “Sehirli təndir”də sac quraşdırılacağı və müxtəlif sac yeməklərinin, kətələrin də müştərilərə təqdim olunacağı bildirilir. Bundan əlavə, təndirdə hazırlanan məhsulların müştərilərə pərakəndə şəkildə satışı da həyata keçirilir. Siz də dədə-babalardan gələn dadı xatırlamaq istəyirsinizsə, AAAF Parkda fəaliyyət göstərən “Sehirli təndir”ə baş çəkin.

SHARE