AAAF Parkda yeni qazanxana sakinlərin istifadəsinə verildi

AAAF Park Yaşayış Kompleksi daima sakinlərinin rahatlığını düşünür və bunun üçün bütün gərəkli addımları atmağa çalışır. Bu addımlardan xüsusilə soyuq aylar üçün ən vacibi evlərə istilik verilməsi üçün qazanxana sisteminin qurulmasıdır.

Artıq Kompleksimizdə yeni qazanxana istifadəyə verilib. Qışa hazırlıq prosesi çərçivəsində istifadəyə verilmiş qazanxana vasitəsilə A və B kompleksi ilə yanaşı, 26 saylı küçədə yerləşən 11 mərtəbəli binalar və 17 saylı küçənin 12 mərtəbəli binası istiliklə təmin olunub. Qazanxana daxilində hər biri 5 milyon KVA istiliyə malik iki böyük qazan quraşdırılıb. Qazanlardan biri ehtiyat məqsədilə saxlanılıb.

İsti suyun mənzillərdə sərbəst dövr etməsi üçün üç böyük dövriyyə nasosu istifadədədir. Qazanxananın fasiləsiz iş fəaliyyətini təmin etmək məqsədilə 220 Kva gücə malik generator da quraşdırılıb. Bu da elektrik enerjisində hər hansı bir nasazlıq zamanı qazanxananın işlək olmasına şərait yaradır. AAAF Medianın rəhbəri Rəşad Əliyev açılış münasibətilə sakinləri təbrik edib, yeni qazanxananın üstünlüklərindən söhbət açıb.
Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksində binaların istiliklə təmin olunma prosesi tam sürətlə davam edir.

SHARE