AAAF Parkda Yeni il ab-havası

Hər il insanlar Yeni İli müxtəlif yerlərdə keçirirlər. Xarici ölkələrə gedənlərlə yanaşı, bayramı ölkəmizdə də qarşılayanların sayı az deyil. Bu bayram günlərində respublikanın müxtəlif yerlərindən məhz AAAF Parkı əyləncə mərkəzi kimi seçənlərin və burada istirahət edənlərin ardı-arası kəsilmirdi. Bu izdiham ilin ilk günündən başlayaraq AAAF Parkdakı sakin və ziyarətçilərin əksəriyyətinin “Yeni il” və bayram ab-havasını parkımızdakı istirahət mərkəzlərində reallaşdırdığının göstəricisi idi. Belə ki, ailəvi istirahətə üstünlük verən ziyarətçilərimiz “Limuland Uşaq Əyləncə Mərkəzi”, “Limu Forest”, “Tuado”, “Zirvə restoranı” və digər bu kimi məkanlarda xoş anlar keçirirlər.

Yeni ilin personajlarından “Şaxta baba” və “Qar qız”ın parkımızda olması da buraya gələn sakin və qonaqlarımızın xeyli əylənməsinə səbəb oldu. Xüsusilə azyaşlı uşaqların bəzədilmiş “Küknar ağacı”nın qarşısında “Şaxta baba” və “Qar qız”la çəkilən fotoları və bu nağıl qəhrəmanlarının uşaqlara hədiyyəsi yaddaqalan məqamlardan oldu.

AAAF Park Yaşayış Kompleksi “Yeni il”ə xüsusi hazırlaşmışdı. Belə ki, parkın göz oxşayan tərzdə bəzədilməsi, xüsusilə, gecə görüntüləri və əhaliyə göstərilən yüksək xidmət hər kəsi razı salırdı. Parkı ziyarət edənlər buranı razılıq və xoş ovqatla tərk edirdilər.

Siz də “Yeni il”in ilk günlərini yaddaqalan etmək istəyirsinizsə, AAAF Parka təşrif buyurun və burada yaradılan yüksək səviyyəli xidmətlərdən faydalanın.

SHARE