AAAF Parkda yeni əyləncə mərkəzinin tikintisi sürətlə davam edir

AAAF Park Yaşayış Kompleksində yerləşən yeni əyləncə mərkəzində tikinti işləri sürətlə davam edir. Birinci mərtəbədə yerləşən, möhtəşəm boulinq zalının tikintisi yekunlaşmaq üzrədir, artıq havalandırma sistemi quraşdırılır. Boulinq zalının mərkəzində yerləşən şəlalənin tikintisi başa çatır. Binanın bir neçə mərtəbəsində suvaqlama işləri gedir, dam örtüyü quraşdırılır. Bundan əlavə, aqlay ilə üzləmə işləri davam edir. Tikintinin iş icraçısı İlqar Əliyev əyləncə mərkəzinin tikintisində görüləcək işlər barədə danışıb.

Iş icraçısının sözlərinə görə, mərkəzin xaricində daha bir şəlalə quraşdırılacaq. Qeyd edək ki, bu ilin sonuna qədər AAAF Park Yaşayış Kompleksində 5 mərtəbəli əyləncə mərkəzinin tikintisinin yekunlaşması planlaşdırılıb.

SHARE