AAAF Parkda yeni dizaynda fəvvarə qurulur

AAAF Park Yaşayış Kompleksində “Zirvə” restoranı ərazisində yeni dizaylı fəvvarə quraşdırılır. Fəvvarəni ötən həftələrdə AAAF Parka səfəri reallaşan çinli iş adamı, fəvvarələrin dizaynı üzrə mütəxəssis Şü Ci Lay layihələndirib. Belə ki, rəngbərəng işıqların və musiqi elementlərinin daxil olduğu layihənin icrası hazırda həyata keçirilir. Fəvvarədə həm rəngarəng işıq elementləri, həm suyun təzyiqi, həm də səs effektləri bir-biri ilə harmoniya təşkil edəcək. Çinli mütəxəssislərin üzərində işlədikləri ən son texnologiya ilə ərsəyə gətirilən musiqili fəvvarənin növbəti həftə istifadəyə verilməsi nəzərdə tutulub.

SHARE