AAAF Parkda taekvondo dərsləri!

Şərq döyüş və özünümüdafiə sənətləri arasında taekvondo özünəməxsus yer tutur. Bu idman növünün min illik tarixi var və hər keçən il populyarlığı artmaqdadır. Tərcümədə ayaq və əlin mükəmməlliyə doğru yolu mənasını verən taekvondo övladlarınızı etibar edə biləcəyiniz, özünüzə də zövq verəcək bir növdür.

Artıq AAAF Park Yaşayış Kompleksi sizə bu şansı yaradır. Təcrübəli məşqçi-müəllim, 2-ci dan qara kəmər ustası İlham Quliyevin rhbərliyi altında taekvondo bölmələrinə oğlan v qızların qəbulunu elan edir. “Zirvə” Uşaq İdman Akademiyasının zalında həftənin 2, 4, 6-cı günləri, saat 10:00-dan 12:00-a qədər bu dərslərə qatıla bilərsiniz.

Dərslər ödənişlidir.

Hər kəsin qoşula biləcəyi məşqlər sizə həm peşəkar idmançı olmaq, həm də sadəcə özünümüdafiə fəndlərini öyrənmək, eyni zamanda sağlamlığını qorumaq, onu inkişaf etdirmək imkanı verəcəkdir.

Bu şansdan yararlanamağa tələsin!

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi. “Zirvə” Uşaq-İdman Akademiyası.

Əlaqə telefonu: (050) 529-40-41, (077) 513-83-72

SHARE