AAAF Parkda Spa Mərkəzinin tikintisi yekunlaşır

AAAF Park Yaşayış Kompleksində bu ilin əvvəlində tikintisinə start verilən Spa Mərkəzində artıq yekunlaşma işləri gedir. Ümumi sahəsi 2000 kvadrat metr olan mərkəz istilik sistemiylə tam təchiz olunub, havalandırma və izolyasiya sistemi ilə bağlı işlər başa çatıb. Spa Mərkəzində tikintisi davam edən 312 kvadrat metr sahəli hovuzun üzərində asma tavanın quraşdırılmasına başlanıb, motorxanasında işlər sona çatmaq üzrədir. Bundan əlavə, sauna, buxar otağı, türk hamamı, duz otağı, buz bulağı və massaj otaqlarında da təmir işlərinin 80 faizi yekunlaşıb. Mərkəzdə fitness, manikür, pedikür otaqları, VİP otaqlar da sakin və qonaqların xidmətində olacaq. Spa Mərkəzinin bu ilin sonunda təhvil veriləcəyi gözlənilir.

SHARE