AAAF Parkda “Şirniyyat evi”

AAAF Parkın “Limu Forest “Əyləncə Mərkəzində “Şirniya evi ” faliyyət göstərir. Yüksək keyfiyyət standartlarına malik olan “Şirniyyat evi”ndə keyfiyyətli məhsullar hazırlanmaqdadır. Burada peşəkar şirniyyat ustalarından ibarət komanda qənnadı sənətinin şah əsərlərini yaradır.

Yalnız təbii məhsullardan istifadə etmək və şirniyyat məmulatlarımızın keyfiyyət etibarilə digərlərindən yaxşı olması bizim fərqliliyimizdir. Müştərilərin qənnadı sahəsindəki prioritetlərinə cavab vermək üçün ənənəvi reseptlərə daima müraciət edirik. İstehsal prosesi ən son avadanlıqla və gigiyenik qaydada təchiz edildiyindən bizim “Şirniyyat evi” yalnız ən keyfiyyətli məhsullar təkflif etməkdədir.

“Şirniyyat evi”nin istehsal etdiyi məhsulların dad və keyfiyyətlərinə söz ola bilməz. Bizim məhsulların əsas üstünlüyü bütün qənnadı məmulatlarımızın yalnız təbii komponentlərdən və qatqısız bişirilməsindən və onların münasib qiymətə satılmasından ibarətdir. Şirniyyat çeşidlərimiz hər kəsin zövqünü oxşayır.

Yolunuzu AAAF Parkdakı “Şirniyyat evi”ndən salın ki, ağzınız şirin olsun.

SHARE