AAAF Parkda səyyar satış stendləri qurulub

AAAF Park Yaşayış Kompleksində bir neçə gündür səyyar satış stendləri fəaliyyət göstərir. Axşam saatlarında qurulan stendlər müştərilərə satış mərkəzinə getmədən, operativ şəkildə məlumat almaq imkanı yaradır.

Səyyar satış stendləri qurmaqda məqsəd kampaniyalar, satış şərtləri, layihələr və AAAF Parkla əlaqədar müştərilərin digər suallarını tez, asan, növbəsiz şəkildə cavablandırmaqdır. AAAF Park Satış Mərkəzinin nümayəndəsi Qərib Hüseynli AAAF TV-yə müsahibəsində stendlərin mahiyyətinə diqqəti çəkərək, satışın bir neçə məntəqədən idarə olunmasının effektivliyini vurğulayıb. O, müştəri rahatlığının təmin olunmasında stendlərin rolunu qeyd edib, onların maraqlandığı suallar barədə söhbət açıb.

Satış nümayəndəsinin sözlərinə görə, AAAF Parkın səyyar satış stendlərinin daha bir neçə yerdə qurulması nəzərdə tutulub. AAAF Parkda 19:00-dan 22:00-a qədər fəaliyyət göstərən səyyar satış stendlərinə yaxınlaşaraq komplekslə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

SHARE