AAAF Parkda servis maşınlarının sayı artdı

AAAF Park Yaşayış Kompleksində yerəşən “Zirvə” liseyində yeni şagirdlərin qəbulu ilə əlaqədar servis (daşınma) xidmətinə yeni nəqliyyat vasitələri cəlb olunub. Xeyli sayda kiçik avtomobillərlə yanaşı sprinter markalı avtobus da artıq uşaqların ünvana çatdırılma xidmətinə daxil edilib. Növbəli sistemlə fəaliyyət göstərən servis xidməti barədə AAAF Parkın nəqliyyat şöbəsinin rəisi Elsevər Gözəlov ətraflı məlumat verib. Şöbə rəisi müxtəlif təyinatlar, o cümlədən idmançıların daşınmasında da servis xidmətindən istifadə olunduğunu bildirib, maşınların mütəmadi texniki servisinin həyata keçirildiyini qeyd edib. “Zirvə” liseyinin servis xidməti şagirdlərin təhlükəsiz şəkildə, birbaşa ünvana çatdırılması üçün etibarlıdır.

SHARE