AAAF Parkda seminar keçirildi

Ötən həftə AAAF Park Yaşayış Kompleksində tanınmış türk ailə və uşaq psixoloqu Taci Şəntükün uşaq tərbiyəsinə həsr olunmuş seminarı baş tutub. “Dərsimiz ailə, mövzumuz uşaq tərbiyəsi” adlı seminarda ailə strukturunda övladın yeri və valideyn uşaq münasibətlərində davranış formaları ön plana çıxarılıb. Seminarın məqsədi ailələrə uşaq tərbiyəsində dəstəkverici rol oynamaq, onların övladlarını gələcəyə düzgün istiqamətləndirməsində yardım göstərməkdir. Psixoloq Taci Şəntürk AAAF TV-yə müsahibəsində seminarın mahiyyətini diqqətə çatdırıb.

Seminar çərçivəsində Taci bəy uşaqlarla rəftar zamanı ailələrin riayət etməli olduğu qaydalardan da söhbət açıb. O, bu məsələdə ailələrə bir neçə məsləhət verib.

Seminarın ən maraqlı tərəfi isə məsələnin mahiyyətinin həm canlı nümunələrlə, həm də diqqətçəkən videoroliklərlə izah olunmasıdır.

AAAF Park Yaşayış Kompleksində inzibati binanın iclas zalında keçirilən seminarda sakinlərlə yanaşı, qonaqlar da iştirak edib. Qeyd edək ki, mütəmadi olaraq  AAAF Park Yaşayış Kompleksində müxtəlif mövzulu seminarların təşkili nəzərdə tutulub.

SHARE