AAAF Parkda “Samsung” mağazasının açılışı oldu

AAAF Parkda brend mağaza olan “Samsung”un açılışı baş tutdu. Xırdalan şəhərində sayca 3-cü olan mağazanın açılışı münasibətilə qırmızı lent və ardınca tort kəsildi. Mərasimə təşrif buyuran qonaqlar və müştərilər mağazanın fəaliyyətinə uğurlar arzuladılar və sonra satışa çıxarılan müxtəlif məişət avadanlıqları, mobil telefon və aksesuarlara ümumi baxış oldu. Hər kəs qiymətlərin çox sərfəli olduğunu və buranın xidmətlərindən mütəmadi yararlanacaqlarını bildirdilər.

Müxtəlif markaların yer aldığı mağaza geniş çeşidə malikdir. Burada televizorlar, soyuducular, isitmə və soyutma sistemləri, qabyuyan və solo sobalar, paltaryuyanlar, quraşdırıla bilən texnikalar, tozsoranlar, mikrodalğalı sobalar və digər məişət avadanlıqlarını, o cümlədən telefon və aksesuarlarını sərfəli kredit və nağd qiymətə əldə etmək olar. AAAF Park sakinləri də bu mağazanın xidmətindən çox rahat şəkildə faydalana bilər.

Müştərilər yeni açılan mağazada Ramazan ayı boyunca müxtəlif məişət avadanlıqlarını ilkin ödənişsiz və faizsiz kreditlə əldə edə biləcəklər.
İnanırıq ki, mağaza AAAF Park sakinləri və digər müştərilərinə yüksək səviyyəli xidməti ilə seçilərək qısa zamanda rahat və münasib alış-veriş məkanına çevriləcək.

SHARE