AAAF Park Yaşayış Kompleksində xidmət keyfiyyətinə artırmaq, yaşayış şəraitini yaxşılaşdırmaq, müraciətləri operativ və asan şəkildə qarşılamaq üçün Sakinlərə Xidmət Departamenti yaradıldı. AAAF Park sakinlərinə xidmət üçün yaradılan qurum maliyyə, kommunikasiya, texniki-təchizat şöbələrindən ibarətdir.
Departament yeni avadanlıqlar, müasir iş sistemi, fərqli yanaşma tərzi ilə fəaliyyət göstərir. Ofisdə sakinlərin qarşılanması, qeydiyyatı və müvafiq şöbəyə yönləndirilərək müraciətinin təmin edilməsi prosesləri həyata keçirilir.
Sakinlər departamentə kommunikasiya, mənzil istismarı ilə bağlı müraciətlərini birbaşa, elektron poçt, qaynar xətt, şikayət və təkliflər qutusuna məktub yerləşdirərək bildirə bilər. Daxil olan müraciətlər 24 saatdan gec olmayaraq cavablandırılır. Müraciət üzrə işlər vaxt apararsa, sakin bu barədə də məlumatlandırılır. Departament fasiləsiz olaraq səhər 9–dan 6–ya qədər fəaliyyət göstərir. AAAF Park Yaşayış Kompleksi rahatlığın təminatıdır.