Ötən həftə AAAF Parkda 28 May – Respublika gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertin aparıcısı Tural Atayev Respublika gününə həsr olunmuş nitqlə mərasimi açıq elan edib. “Zirvə” restoranının ərazisində keçirilən tədbirdə Elariz Məmmədoğlu, Rüfət Axundov, “N Brazers”, Mina, Esmira Məmmədova, Tural Babazadə və bir çox tanınmış simalar fərqli ifalarla çıxış ediblər. Onlar bayram təbriklərini AAAF TV vasitəsilə çatdırıblar. Dörd saatdan artıq davam edən konsert izləyənlərin ürəyincə olub. Fəvvarə ətrafında keçirilən tədbiri izləməyə gələn qonaqlar “Zirvə” restoranının təamlarından dadıb, canlı musiqidən həzz aldılar.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions