AAAF Parkda Ramazan konsertləri davam edir

AAAF Parkda ötən gün müqəddəs Ramazan ayına həsr olunmuş daha bir konsert proqramı baş tutub. Adət üzrə AAAF Parkın tanınmış musiqili qonaqları Tural və Esmira cütlüyü həzin musiqilər səsləndirərək, “Zirvə” restoranında, fəvvarə ətrafında əyləşən qonaqlarda xoş əhval-ruhiyyə yaradıblar. Azan sədalarından sonra iftar süfrələrində əyləşən qonaqlar “Nur” ilahi nəğmələr qrupunun səsləndirdikləri dini nəğmələrdən həzz alıblar.

Siz də Ramazan ayı boyunca AAAF Parkda axşamlar canlı musiqidən feyziyab olub, “Zirvə” restoranında iftar süfrələrinin qonağı ola bilərsiniz.

SHARE