AAAF Parkda “Ramazan gecəsi” olacaq!

İyulun 2-də AAAF Park Yaşayış Kompleksində “Hilal” ilahi nəğmələr qrupunun “Ramazan gecəsi” adlı konserti keçiriləcək. Müqəddəs Ramazan ayına həsr olunmuş tədbir 20:00-da başlayacaq. AAAF Parkdakı “Zirvə” restoranı ərazisində baş tutacaq konsertin biletləri artıq satışa çıxarılıb. “Hilal” ilahi nəğmələr qrupunun üzvləri Rza İgidoğlu, Elvin Səmədov və Sadiq Cəfəri konsert barədə AAAF TV-yə danışıblar.

Qeyd edək ki, konsert biletlərinə “Zirvə” retoranında iftar süfrəsi daxildir. Müqəddəs Ramazan ayında ilahi nəğmələrdən zövq alaraq iftar açmaq istəyirsinizsə, fürsəti qaçırmayın.

SHARE