AAAF Parkda “Ramazan gecəsi” konserti keçirildi

Ötən həftə AAAF Parkda fəvvarəətrafı məkanda “Hilal” ilahi nəğmələr qrupunun solo konserti olub. “Ramazan gecəsi” adlı konsertin açılışından sonra canlı olaraq azan səslənib.

Qonaqlar “Zirvə” restoranında, süfrə ətrafında ilahi şeir və nəğmələrə qulaq asaraq iftar ediblər. AAAF Medianın təşkilatçılığı ilə keçirilən konsert canlı ifalar və maraqlı söhbətlərlə yadda qalıb. Qrup üzvləri konsert həyəcanını və təfərrüatları AAAF TV-yə danışıb.

Konsertdə tanınmış ilahiyyatçılar, Aqşin Fateh, Elşən Xəzər və digər ifaçılar da iştirak edib, müqəddəs ayda keçirilən tədbir barədə təəssüratlarını AAAF TV ilə bölüşüblər.

Qeyd edək ki, konsertə giriş biletlə olub. AAAF Park Yaşayış Kompleksində fəvvarə ətrafında bu cür tədbirlər mütəmadi keçirilir və yay boyunca davamı nəzərdə tutulur.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE