AAAF Parkda Qurtuluş Gününə həsr olunmuş konsert keçiriləcək!

AAAF Park ölkəmiz üçün əlamətdar günləri xüsusi bayram ab-havası ilə keçirmək ənənəsini davam etdirir. Növbə 15 iyun tarixindədir. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdaraq Azərbaycandakı hərc-mərcliyə, qeyri-sabitliyə son qoyması hələ də yaddaşlardadır. 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin sədri postuna gəlməsi ilə yeni eranın başlanğıcını qoyan dahi rəhbərin bu gəlişi hər il bayram edilir. AAAF Park da həmçinin. 15 iyun – Qurtuluş günü münasibətilə Kompleksimizdə konsert təşkil olunacaq. Hamınızı konsertdə iştirak etməyə dəvət edirik. Fəvvarə ətrafında keçiriləcək tədbirdə müxtəlif musiqilərdən zövq alacaq, günün yorğunluğunu atacaq, xoş vaxt keçirərək istirahət və bayram edəcəksiniz. İyunun 15-də sizi AAAF Parkda gözləyirik!

SHARE