AAAF Parkda qəlyanaltı xidməti

“AAAF Park Yaşayış Kompleksi”nin parkında böyük restoranlarla yanaşı “Poncik Limu”, “Təbii şirələr”, “Qutab Peraşki”, “Dönər” yemək köşkləri də vardır ki, qonaqlara xidmətini təklif edir. Hər kəsin çox vaxt itirmədən, ayaqüstü qidalanması üçün fəaliyyət göstərən bu obyektlər insanların rahatlığı üçün hesablanıb. Poncik, qutab, peraşki, dönər isti-isti yerindəcə bişirilərək, həm də ucuz qiymətə satılır.

Qonaqlar, əsasən də uşaqlar parkı gəzə-gəzə rahat dincələ bilirlər. Addımbaşı yemək köşklərindən alış-veriş edir, rahatçılığı həqiqi mənada duyurlar.

SHARE