AAAF Parkda qapalı məkanlar ixtiyarınızdadır

Payız fəslinin gəlişi ilə əlaqədar AAAF Park Yaşayış Kompleksinin restoranlar, istirahət və əyləncə mərkəzlərinin qapalı məkanı sakin və müştərilərin ixtiyarındadır. Havaların soyumasına baxmayaraq AAAF Parkın rəngarəng dünyası “Limuland” və “Limuforest” istirahət, əyləncə mərkəzləri cürbəcür attraksionlar, oyun zalları ilə balacaların sevimli məkanıdır. Məkanın əlverişli cəhətlərindən yararlanıb, dadlı təamlardan dadaraq istirahət edən valideynlər də öz təəsüratlarını AAAF TV vasitəsilə çatdırıb. Keyfiyyət və yüksək servislə hər zaman müştəriləri məmnun edən “Zirvə” restoranının qapalı məkanı xidmətinizdədir. Qeyd edək ki, müxtəlif tədbirlərin, banketlərin keçirilməsi üçün restoranın Avropa və Cənub zalları da münasibdir. Qapalı məkanlar sırasında “Sports” kafenin xüsusi yeri var. Ailəvi, yaxud dost-tanışla isti məkanda xoş vaxt keçirmək istəyənlər üçün yaxşı məkandır.
SHARE