AAAF PARKDA QANVERMƏ AKSİYASI!

10, 11 və 12 sentyabr tarixlərində AAAF Park Yaşayış Kompleksində MƏRKƏZİ QAN BANKI-nın təşkilatçılığı ilə “1 Qan 1 Can” devizi altında qanvermə aksiyası keçiriləcək. Qoşulmaq istəyən hər kəs hər gün səhər saat 09:00-dan axşam 18:00-a qədər AAAF Park Yaşayış Kompleksinə gələ, bu xeyriyyə tədbirinə qatıla bilər.

AAAF Park Yaşayış Kompleksinin sakinləri və Parkımızın qonaqlarını bu aksiyada iştirak etməyə dəvət edirik.

Bu, AAAF Parkda keçirilən ikinci belə tədbirdir. Ötən ilin iyulunda da qanvermə aksiyası təşkil edilmiş, çox sayda şəxs qatılaraq öz dəstəyini göstərmişdi.

Unutmayın ki, hər bir qan verimi bir insan həyatını xilas edə bilər!

Gəlin, bu aksiyada birlikdə iştirak edək!

Ünvan: AAAF Park Yaşayış Kompleksi (inzibati bina, 1-ci mərtəbə)

Tarix: 10, 11 və 12 Sentyabr
Saat: 09:00 – 18:00
Əlaqə telefonu: *6464; (012) 310 0 410

SHARE