AAAF Parkda qanvermə aksiyası keçirilir

AAAF Park Yaşayış Kompleksində “1 Qan 1 Can” devizi altında qanvermə aksiyası başlayıb. AAAF Holdinq və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə baş tutan aksiyada AAAF Holdinq-in bütün əməkdaşları, o cümlədən sakinlər və parkımızı ziyarət edən qonaqlar iştirak edirlər.

AAAF Park Yaşayış Kompleksində ilk dəfədir ki, qanvermə aksiyası keçirilir və bunun mütəmadi təşkili nəzərdə tutulur.

Qeyd edək ki, qanvermə aksiyası iyulun 28-dək davam edəcək.

SHARE