AAAF Parkda psixoloji mərkəz açıldı

AAAF Park Yaşayış Kompleksi insanların rahatlığı, sakit və firavan yaşaması üçün bütün mümkün imkanları təqdim etməyə çalışır. Yeni açılışı olan “Sağlam yaşam” psixoloji mərkəzininin də məqsədi budur. Mərkəzdə müxtəlif psixoloji xidmətlər göstəriləcək. Belə ki, davranış pozuntuları, autizm, mutizm, hiperaktivlik kimi bir çox psixoloji problemlərin müalicəsi mümkündür. Əlavə olaraq, mərkəzdə psixodiaqnostika, loqopedik xidmətlər və art terapiya da həyata keçiriləcək. “Sağlam yaşam” psixoloji mərkəzin rəhbəri Xəyalə xanım xidmətlər barədə AAAF TV-yə danışıb. AAAF Parkın nəzdində istifadəyə verilən psixoloji mərkəz həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

SHARE