AAAF Parkda “Piserro”nun fabrik satış mağazası açıldı

AAAF Park Yaşayış Kompleksinin nəzdində Türkiyə brendi “Piserro” kişi geyimlərinin fabrik satış mağazasının açılış mərasimi keçirilib. Lent kəsildikdən sonra tor kəsilib, şirniyyat paylanıb. Yığıncaqda iştirak edən türkiyəli qonaqlar xoş gün münasibətilə hər kəsi təbrik edib, mağazanın fəaliyyətində uğurlar arzulayıblar.

AAAF Medianın direktoru Rəşad Əliyev də qonaqlar sırasında olub. Direktor AAAF Park daxilində bu cür geniş perspektivə malik mağazanın açılışını yüksək qiymətləndirib. Daha sonra müştərilər yeni mövsüm kişi geyimləri ilə tanış olub. Yeni kolleksiyaya klassik, yarı klassik, idman üslubunda geyimlər daxildir. Toy mərasimləri üçün xas olan bəylik kostyumları da kolleksiya daxilində sərfəli qiymətlərlə təklif olunur. Bütün geyimlərə isə 20 faiz endirim tətbiq olunub. Müasir və dəbli geyimlərlə tanış olan müştərilər də öz təəssüratlarını AAAF TV ilə bölüşüblər.

Qeyd edək ki, yaxın günlərdə AAAF Parkda daha bir neçə brendin mağazasının açılışı olacağı gözlənilir.

SHARE