AAAF Parkda pauerliftinq üzrə ölkə çempionatı keçirilir

AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə növbəti Azərbaycan çempionatı keçirilir. Turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparır. Yarış müxtəlif versiyalar üzrə Avropa və dünya çempionatlarına seçmə və sınaq xarakteri daşıyır.

Azərbaycan çempionatında yeni rekordlar da müəyyənləşib. Martın 18-dək davam edəcək yarışda fərqlənənlərə diplom və medallar da təqdim olunacaq.

SHARE