AAAF Parkda Pauerliftinq üzrə Azərbaycan Kuboku keçirildi

20-22 sentyabr tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Açıq Azərbaycan Kuboku keçirilib. Yarışda ölkənin müxtəlif regionlarını təmsil edən, həmçinin Türkiyə, İran və Rusiyadan olan ümumilikdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıb.

Yarış müxtəlif versiyalar üzrə Rusiya və Finlandiyada keçiriləcək dünya çempionatları, həmçinin digər beynəlxalq turnirlərə seçmə və sınaq xarakteri daşıyıb.

“Zirvə” Beynəlxalq İdman Klubu və AAAF Park Yaşayış Kompleksi bu idman növünə həmişəki kimi təşkilati dəstək verməyə şaddır.

SHARE