AAAF Park yaşayış kompleksinin geniş park ərazisində tezliklə istifadəyə verilməsi gözlənilən çox maraqlı yerlər:
AAAF Park Yaşayış Kompleksinin geniş park ərazisində tezliklə bir neçə çox maraqlı obyektlər istifadəyə veriləcək. Onlar haqqında məlumat və foto-görüntüləri sizə təqdim edirik:
- Buz meydançası – Uşaqların nə ilə və necə əylənə biləcəkləri nəzərə alınaraq “Buz meydançası”nın qurulmasını təşkil edən AAAF Parkın idarə heyəti hər zaman sakinlərin və gələn qonaqların rahatlığını düşünür.
- Limu karting – Yüksək adrenalin yaşamaq istəyənlər AAAF Park ərazisində qurulan “Limu Karking” dən tezliklə istifadə edə biləcəklər.
- 7D Cinema – AAAF Park həyəcan yaşamaq istəyənləri sevindirəcək. Məhz burada “7D Cinema” da fəaliyyət göstərəcək.
- Çarx (attraksion) – Yaxın zamanlarda quraşdırılması başa çatacaq bu “Çarx” öz möhtəşəmliyi ilə hər kəsə maraq doğuran bir görüntünü – şəhəri və AAAF Park-ı yüksəklikdən izləmə imkanı verəcək.
- Magic Tanu – Burada hər kəs arzusunda olduğu təbiət qoynunda təndir çörəyin, toyuq, balıq ləvəngisinin bişirilməsini seyr edərək sifariş etmə, süni də olsa düzəldilmiş şəlalənin kənarında bu həzzi yaşama imkanı əldə edəcək.
- Uşaq Əyləncə Mərkəzi – Daha bir qeyri-adiliyi ilə seçilən “Uşaq Əyləncə Mərkəzi” tezliklə körpələrin sevincinə sevinc qatacaq.
- “Dalğa” restoranı – Yaxın zamanlarda istifadəyə veriləcək “Dalğa” restoranı sanki dənizin ortasında üzən bir gəmini xatırladaraq, hər kəsə xəyalları gerçəyə çevirən bir hiss yaşadacaq. Burada, əsasən balıq yeməkləri veriləcək.
- Müxtəliv heyvan fiqurları canlı səslər çıxararaq, maraqlı görüntü yaradıb, körpələrin sevincinə səbəb olacaq. The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions