Möhtəşəm konsertlərin və tədbirlərin sevimli məkanı “Zirvə” restoranında həftənin dörd günü canlı musiqi təşkil olunur. AAAF Parkda fəvvarəətrafı ərazidə keçirilən “Musiqili Gecələr”də müxtəlif ifalar dinləyicilərin zövqünü oxşayıb. Həftəsonu isə bir-birindən maraqlı ifaların yer aldığı şou proqram keçirilir.
Şou-proqramların birində Əbdül Xalid, Sami Oruc, Lamiyə, Kübra, skripkaçı Səlim şən mahnılarla qonaqların görüşünə gəlib. Üç saatdan artıq davam edən konsertin iştirakçıları öz ürək sözlərini və AAAF Park haqqında təəssüratlarını AAAF TV vasitəsilə çatdırıblar.
Növbəti həftələrdə də AAAF Parkda konsert və şou-proqramlar təşkil olunacaq. Kompleksə gələrək canlı musiqi sədaları altında “Zirvə” restoranının təamlardan dadıb, xoş vaxt keçirə bilərsiniz.