AAAF Parkda mini-futbol turniri start götürdü

AAAF Parkda “AAAF Media” və “AAAF Holdinq”in təşkilati dəstəyi ilə mini-futbol turniri start götürüb. Turnirdə AAAF Parkda fəaliyyət göstərən daxili şirkətlər – 10 komanda – 2 qrupda mübarizə aparacaq.

Açılış mərasimində “AAAF Media”nın direktoru Rəşad Əliyev çıxış edərək belə turnirlərin şirkətlər arası münasibtləri daha da möhkəmləndirəcəyini və iştirakçı komandalara uğurlar arzu etdiyini bildirib.

Daha sonra turnir “Media” və “Zirvə” komandalarının oyunu ilə start götürüb.

Qeyd edək ki, turnir 1 ay davam edəcək və qalib komandalar fəxri fərman, medallar və pul mükafatı ilə təltif olunacaq.

SHARE